Bank Of Baku

Heydər Əliyev Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçiriləcək

Heydər Əliyev Fondu tərəfindən növbəti xeyriyyə aksiyası keçiriləcək
# 15 fevral 2013 14:45 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı – APA. Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 11-18 fevral tarixlərində Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə treninq kursları keçirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məqsədlə İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı Prof. Alessandro Giamberti ilə Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru Prof. Dr. Coxen Vielin Bakıya dəvət olunub. Ölkədə təhsil alan gənc rezedentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu treninqlərin keçirilməsi, Avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək.

 

Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında, xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub. Aksiya çərçivəsində 40-50-yə yaxın xəstənin müayinələri planlaşdırılır. Bu əməliyyatların səkkizi Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.

 

16 fevral tarixində isə Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Anadangəlmə Ürək Qüsurlarına müasir baxış” mövzulu elmi-praktiki konfrans keçiriləcək. Konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskussiya aparılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR