Bank Of Baku

Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabın elektron disk formatında təqdimatı keçiriləcək

Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitabın elektron disk formatında təqdimatı keçiriləcək
# 10 dekabr 2012 09:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən” kitabının elektron disk formatında təqdimatını keçirəcək. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitab-disk Şuranın sifarişi və maliyyə yardımı ilə Mədəni İnkişaf İctimai Birliyi tərəfindən hazırlanıb. Ötən illər ərzində də Şuranın dəstəyi ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Əbədiyyət dastanı” (2010) və “Böyük ömrün davamı” (2011) kitabları elektron formatda hazırlanaraq ictimaiyyətə təqdim edilib, icra strukturlarına, mədəniyyət ocaqlarına, təlim-tərbiyə  və təhsil müəssisələrinə paylanıb.

 

Təqdimat mərasimi dekabrın 11-də Bakıdakı 20 saylı tam orta məktəbdə keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR