Bank Of Baku

Hicran Hüseynova: “Çoxuşaqlı ailələrə dəstək məqsədilə dövlət səviyyəsində qanun qəbul edilməlidir” - FOTO

Hicran Hüseynova: “Çoxuşaqlı ailələrə dəstək məqsədilə dövlət səviyyəsində qanun qəbul edilməlidir” - <span style="color: red;">FOTO
# 25 dekabr 2012 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Son dövrlər Azərbaycanda üçəmlərin dünyaya gəlməsi halları artıb. Təbii ki, bu bizi çox sevindirir. Amma ağır bir vəziyyətdə yaşayan bir ailə üçün 3 uşağın dünyaya gəlməsi xeyli problemlər yaradır”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin ailələrə prezident İlham Əliyev, Heydər Əliyev Fondu, müvafiq komitə və ayrı-ayrı dövlət qurumları tərəfindən yardım formasında müəyyən kömək edilir: “Amma bu kifayət etmir. Artıq bununla bağlı müəyyən təkliflə çıxış etmişik. Dövlət səviyyəsində qanun qəbul edilməlidir ki, çoxuşaqlı ailələrə hansı formada dəstək olunsun. Addım-addım Azərbaycanda bu islahatlar öz əksini tapacaq. Çünki ayrı alternativ yoxdur.İnkişaf edən Azərbaycanda bu məsələlər öz əksini tapmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR