Bank Of Baku

Hicran Hüseynova Latviyanın rifah naziri ilə görüşüb

Hicran Hüseynova Latviyanın rifah naziri ilə görüşüb
# 29 noyabr 2012 10:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova və Latviya Respublikasının rifah naziri İlze Vinkele arasında rəsmi görüş keçirilib. APA-nın xəbərinə görə, görüş iki tərəf arasında imzalanmış anlaşma memorandumu çərçivəsində baş tutub.

 

Görüşdə AQUPDK-nin sədri Hicran Hüseynovanın komitənin tarixi və fəaliyyət istiqamətləri barədə qonağa ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin, 2006-cı ildə isə onun bazasında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması dövlətin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsinin təminatı olub. H. Hüseynova bildirib ki, bu sahədə qəbul edilən dövlət proqramları və digər mühüm  sənədlər hər üç istiqamətdə qarşıya çıxan problemlərin müsbət həllinə təkan verib. Beləliklə, demokratik cəmiyyətin yeni, müasir  modeli yaranıb: “Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanın da qarşısında duran mühüm problemlərdən biri qadınların peşəkarlıq səviyyəsinin artırılması, onların məşğulluqlarının inkişaf etdirilməsi, gender məsələlərinin həll edilməsidir. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilir, liderlik xüsusiyyətlərinə  yiyələnirlər”.

 

Latviyanın rifah naziri İlze Vinkele də Azərbaycan ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib. Onun sözlərinə görə, Latviya dövləti hər zaman qarşılıqlı əməkdaşlıq və müəyyən məsələlərin həllində köməklik göstərməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR