Bank Of Baku

Hollandiya ADA Universiteti ilə tələbə mübadiləsi aparmaq üçün yüksək səviyyədə danışıqlar aparır

Hollandiya ADA Universiteti ilə tələbə mübadiləsi aparmaq üçün yüksək səviyyədə danışıqlar aparır
# 24 aprel 2014 13:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Hollandiya Azərbaycanla yüksək səviyyədə və geniş tərkibdə əməkdaşlığın qurulmasında maraqlıdır.

 

APA-Economics”in məlumata görə, bunu Niderland Senatının üzvü Rene van der Linden jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda ADA Universiteti ilə tələbə mübadiləsi aparmaq üçün yüksək səviyyədə danışıqlar aparılır. O qeyd edib ki, gələn ildən etibarən Azərbaycanda təhsil alan holland tələbələrin sayının 35-ə çatdırılması planlaşdırılır: “Azərbaycanın müxtəlif nazirlikləri və təşkilatları, o cümlədən prezident İlham Əliyev ilə geniş tərkibli müzakirələr aparmışıq. Qarşılıqlı əməkdaşlığın yaranması üçün artıq ilk uğurlu addım atılıb. Bizim əsas maraqlandığımız sahələr təchizat, kənd təsərrüfatı, infrasturktur, təhsil və səhiyyə sahələridir. Artıq bəzi özəl şirkətlər bu proqrama qoşulublar.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR