APA-nın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov verib.
“Həmin ərazi tamamilə yaşıllaşdırılıb. Bu yaşıllıqlar az da olsa sürümənin qarşısını almağa köməklik göstərir: “Məndə olan məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyi dərin qatlarda olan sürüşmələrin stabilləşməsi üçün layihə hazırlayır”.
Nazir qeyd edib ki, sürüşmələrin intensivliyinin artması yağışlar və təsərrüfat fəaliyyəti ilə bağlı ola bilər: “Sürüşmə ilə bağlı ənənəvi zonalar elan olunub və nəzarət altındadır. Bu hadisələr baş verməzdən əvvəl də xəbərdarlıq olunur ki, mütəxəssislər həmin ərazidə hansısa tədbirlər görsün”.