Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 24-də Tərtər şəhərində vətəndaşlarla görüşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, H. Bağırov Tərtər şəhərindəki Gənclər mərkəzində Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Bərdə şəhəri 12 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Bərdə şəhəri, Qasım Bəy Zakir küçəsi 18, əlaqə telefonları: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) xahiş olunur.