Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş abituriyentlərinə müraciət edib.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, I ixtisas qrupu üzrə müəyyən ixtisaslar üzrə həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Bunlara aqromühəndislik, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi daxildir.