Bakı. Könül Kamilqızı – APA. Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, nazirliyinin təşkilatçılığı ilə keçirilən iki günlük iclasda İƏT-ə üzv ölkələrdə könüllü donorların cəlb edilməsi və saxlanılması, transfuzion terapiya, informasiya texnologiyalarının qan xidməti sahəsində tətbiqi və plazmanın fraksiyalaşdırılması kimi məsələlərlə bağlı müzakirələr aparılıb.