Bank Of Baku

İƏT üzvü olan 2 ölkə Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etməyəcək

İƏT üzvü olan 2 ölkə Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etməyəcək
# 12 fevral 2013 09:55 (UTC +04:00)

 

Bakı. Könül Kamilqızı - APA. İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 2 ölkə Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etməyəcək.

 

Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Sultan Əliyev APA-ya açıqlamasında deyib ki, fevralın 14-15-də Bakıda keçiriləcək İƏT-ə üzv ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin 3-cü görüşündə quruma üzv olan 10 ölkə iştirak etməli idi.

 

Həmin ölkələrdən 8-i beynəlxalq tədbirdə iştirakını təsdiq etdirsə də, digər 2-dən hələlik heç bir məlumat yoxdur: “Belə ki, Türkmənistan və Özbəkistan iclasda iştiraklarını təsdiq etməyiblər. Həmin ölkələr İƏT-ə üzv ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin 2-ci iclasında da iştirak etməyiblər. Türkmənistan və Özbəkistan Bakıda keçiriləcək 3-cü iclasda iştiraklarını təsdiq etdirmədikləri üçün tədbirə qatılmayacaqlar”.

 

S.Əliyev qeyd edib ki, tədbirdə İƏT-ə üzv ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin ötən görüşündən bu vaxta kimi əldə olunan nəticələr, mövcud problemlər müzakirə olunacaq, ölkələrin hesabatları dinləniləcək. Bundan əlavə, görüşdə İƏT üzvü olan ölkələrdə qanköçürmə sahəsində əməkdaşlıq, qan köçürmə üçün tibbi avadanlıqlar, qan tədarükü, könüllü donorların cəlbi, bu sahədə İKT-nin tətbiqi və digər məsələlər müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR