Bank Of Baku

İlk dəfə olaraq 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq

İlk dəfə olaraq 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq
# 06 sentyabr 2013 08:55 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, gələn həftə 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə əlavə qəbulla bağlı məlumatlara dair xüsusi jurnal çıxacaq, jurnalda boş qalan yerlər qeyd olunacaq.

 

Natiq Əliyevin sözlərinə görə, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə təxminən 1000-ə yaxın boş plan yeri qalıb.

 

TQDK-nın şöbə müdiri əlavə edib ki, ümumi təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin də boş qalan plan yerlərinə əlavə qəbul aparıla bilər.

 

Onun sözlərinə görə 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qeydiyyat bu gün başa çatır.

 

Şöbə müdiri qeyd edib ki, qeydiyyat başa çatdıqdan sonra boş qalan yerlər çox olarsa, əlavə yerləşdirmə aparıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR