Bank Of Baku

İnformasiya Texnologiyaları Universiteti tələbə qəbulu planına salınıb

İnformasiya Texnologiyaları Universiteti tələbə qəbulu planına salınıb
# 06 avqust 2013 09:26 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. İnformasiya Texnologiyaları Universiteti ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına salınıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnformasiya Texnologiyaları Universiteti 2013/2014-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına daxil olunub. Universitetdə tədris ingilis dilindədir. Bunun üçün tələbələrə birinci il ingilis dili hazırlığı tədris olunacaq, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə təhsil ingilis dilində aparılacaq.

 

Məlumatda o da bildirilib ki, universitetə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR