Bank Of Baku

İntensiv yağışlarla əlaqədar Azərbaycanın bütün sürüşmə sahələrində monitorinqlər aparılacaq

İntensiv yağışlarla əlaqədar Azərbaycanın bütün sürüşmə sahələrində monitorinqlər aparılacaq
# 22 may 2013 11:29 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.

 

Onun sözlərinə görə, hələlik yağışlar davam etdiyindən, sürüşmə sahələrinə baxış keçirmək mümkün olmayıb. Mayın 25-26-da ölkənin magistral yollarında - Ağsu aşırımı, Bakı-Şamaxı, Muğanlı-İsmayılı yollarında sürüşməyə görə monitorinq başlayacaq. Mayın 27-dən isə ölkə ərazisindəki bütün sürüşmə sahələrində bir həftəlik monitorinqlərə start veriləcək.

 

B.Qaralov deyib ki, Abşeron ərazisindəki sürüşmə sahələrində stabillikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR