Bank Of Baku

İqtisadi inkişaf naziri avqustun 2-də Lerikdə vətəndaşlarla görüşəcək

İqtisadi inkişaf naziri avqustun 2-də Lerikdə vətəndaşlarla görüşəcək
# 29 iyul 2013 15:18 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Avqustun 2-də Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Lerikdə vətəndaşlarla görüş keçirəcək.

 

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Ş.Mustafayev Lerik rayonunda Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Mədəniyyət Evində (Lerik şəhəri, A.Əsədullayev küçəsi,22) təşkil olunacaq. Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Lənkəran şəhəri, T.İsmayılov küçəsi,3; əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (02525) 5-10-71, (050) 235-01-07, e-mail: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

 

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və «Facebook» səhifələrində yaradılmış «İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR