Bank Of Baku

İqtisadi inkişaf nazirinin Göyçayda vətəndaşlarla görüşü oktyabrın 12-nə keçirilib

İqtisadi inkişaf nazirinin Göyçayda vətəndaşlarla görüşü oktyabrın 12-nə keçirilib
# 03 oktyabr 2013 14:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İqtisadi inkişaf naziri Şahin Mustafayevin Göyçayda oktyabrın 5-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı oktyabrın 12-nə keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, saat 10:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti,98) təşkil olunacaq qəbulda nazir Ş.Mustafayev Ağdaş, Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (Yevlax şəhəri, H.Əliyev prospekti,34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, e-mail: [email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.

 

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və «Facebook» səhifələrində xüsusi olaraq yaradılmış «İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR