Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin Tovuz şəhərində mayın 24-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı iyunun 1-nə keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Tovuz Olimpiya İdman Kompleksində (Heydər Əliyev prospekti,1) saat 10:00-dan başlayacaq qəbulda nazir Ş.Mustafayev Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, inzibati bina) vasitəsilə müraciət edə bilərlər.