Bank Of Baku

İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşlarla görüşəcək

İqtisadiyyat və sənaye naziri Gədəbəydə vətəndaşlarla görüşəcək
# 18 noyabr 2013 09:31 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşların qəbulu noyabrın 23-də, saat 10:00-dan etibarən Gədəbəy rayon Mədəniyyət Evində (Gədəbəy şəhəri, H.Əliyev prospekti,2) təşkil olunacaq.

 

Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Gəncə-Qazax regional bölməsi (Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, əlaqələndirici şəxs Arzu Hacıyev, əlaqə  telefonu: (050) 395 91 97, (022) 256 02 32, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

 

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və «Facebook» səhifələrində xüsusi yaradılmış «İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR