Bakı - APA-Economics. Yanvarın 18-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Salyanda Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 09:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsi-126) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Huseynov, əlaqə telefonu: (055) 206-88-52, (02233) 6-73-10, elektron poçt ünvanı: [email protected] Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və Facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.