Komitənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbir zamanı AQUPDK-nın sədri H.Hüseynova Türkiyənin ailə və sosial siyasət nazirinin müavini Aşkın Asan, Kuveytin Qadın məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Hissaah Saad Al Abdullah, Qazaxıstan prezidenti yanında Qadın məsələləri üzrə Komissiyasının katibi C.N.Abdukalimov, Birləşmiş Ərəb Əmirliklərindən nazir Maitthasalem Al Shami, İranın Qadın və Ailə Məsələləri Mərkəzinin rəhbəri ilə, həmçinin Əfqanıstanın qadın məsələləri naziri Hussun Banu Gazanfarla görüşlər keçirib.
Bu görüşlərdə əməkdaşlıq barəsində söhbətlər olub, qarşılıqlı təcrübə mübadilələri müzakirə edilib. H. Hüseynova İndoneziyanın müvafiq orqanının naziri ilə görüşdə imzalanması nəzərdə tutulan anlaşma memorandumu ilə bağlı müzakirələr aparıb. Həmçinin Cakarta deklarasiyası qəbul edilən zaman komitə sədri Azərbaycan da daxil olmaqla konfliktdə olan ölkələrdə qadınların hüquqlarının pozulmasını qeyd edib. Konfransın sonunda növbəti “İnkişafda Qadının Rolu” adlı 5-ci Nazirlər Konfransının 2014-cu ildə Bakıda keçirilməsi qəbul edilib.