Bank Of Baku

İtaliyanın “Sapienza” Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub - FOTO

İtaliyanın “Sapienza” Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub - <span style="color: red;">FOTO
# 31 may 2013 11:38 (UTC +04:00)

Bakı – APA. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq üzrə III Ümumdünya Forumuna qatılmaq üçün Azərbaycanda səfərdə olan İtaliyanın “Sapienza” Universitetinin beynəlxalq münasibətlər və əməkdaşlıq üzrə prorektoru, professor Antonello Biancini və universitetin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

 

Universitetin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Sapienza” Universitetinin nümayəndə heyətinin AzMİU-ya gəlişinin məqsədi 2011-ci ildə AzMİU ilə “Sapienza” Universiteti arasında imzalanmış mədəni və elmi əməkdaşlığa dair sazişdə əksini tapan məsələlərə bağlı müzakirələr aparmaqdır.

 

A. Biancini iki təhsil ocaği arasında tələbə mübadiləsi istiqamətində addımlar atılmasını təklif edib. Öz növbəsində, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Memarlıq və Nəqliyyat fakültələri arasında birgə əməkdaşlığa başlamağın vacib olduğunu söyləyib. Rektorun sözlərinə görə, məhz bu aparıcı fakültələr arasında ikili diplom əlaqəsi yaradılarsa, sistemli münasibətlər formalaşacaq.

 

İtaliyalı professor, “Sapienza” Universitetində Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Daniel Pomielli AzMIU-nun İtaliya universitetləri ilə qurduğu əlaqələri yüksək qiymətləndirib. Belə ki, 145 min tələbəsi olan “La Sapienza” AzMİU-nun əməkdaşlıq etdiyi Venesiya, Milan, Neapol və başqa universitetlər sırasındadır.

 

G. Məmmədova bu ilin sentyabr-oktyabr aylarında İtaliya memarlığının nümunəsi olan Baliani binasında yerləşəcək Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Memarlığı Günləri keçirməyi təklif edib.

 

Görüşdə iştirak edən İtaliyalı professorlar Cuzeppe Monto və Fabio Qrassi birgə işləmək üçün yeni layihələrə imza atmağın vacib olduğunu söyləyiblər.

 

F. Qrassi Azərbaycan və İtaliya arasında sıx və inkişaf etmiş siyasi, iqtisadi əlaqələrin mövcudluğundan danışıb. Bununla belə, o, elm və təhsil sahələrində münasibətlərin daha da genişləndirilməsinə ehtiyac olduğunu deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR