Bank Of Baku

İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498, XI sinif üzrə 29 609 şagird iştirak edəcək

İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498, XI sinif üzrə 29 609 şagird iştirak edəcək
# 21 may 2013 09:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək.

 

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, iyun 2-də keçiriləcək buraxılış imtahanı Bakı şəhərində, Rus bölməsi üzrə isə Bakı, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən şəhərlərində təşkil olunacaq. Onun sözlərinə görə, bu gündən buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanır: “Hər bir şəxs həm özü, həm də təhsil aldığı məktəbin direktoru tərəfindən bu buraxılış vərəqəsini əldə edə bilər. Buraxılış vərəqəsinin verilməsi tamamilə pulsuzdur və buna görə heç bir şagirddən əlavə pul tələb oluna bilməz. İyunun 2-də keçiriləcək buraxılış imtahanında IX sinif üzrə 41 498 nəfər, XI sinif üzrə isə 29 609 nəfər şagird iştirak edəcək. İmtahan binalarının yerləşdiyi ünvanlar imtahana bir neçə gün qalmış TQDK-nın saytında yerləşdiriləcək. Mən imtahanda iştirak edəcək şagirdlər və onların valideynlərinə müraciət edirəm ki, imtahanla bağlı suallarını komissiyanın poçt ünvanına göndərərək vaxtında cavab ala bilərlər”.

 

TQDK sədrinin sözlərinə görə, şagird-məzun bazasına bütün məlumatlar daxil olduqdan sonra məlum olub ki, respublika üzrə keçiriləcək buraxılış imtahanlarında 65 455 nəfər oğlan, 56 374 nəfər qız (IX sinif üzrə) imtahan verəcək. Respublika üzrə 50 052 nəfər oğlan, 39 122 nəfər qız isə XI siniflərin buraxılış imtahanlarında iştirak edəcək. Hər iki sinif üzrə göstəriciyə nəzər saldıqda məlum olur ki, imtahanlarda iştirak edəcək oğlanların sayı qızlarla nisbətdə çoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR