Bank Of Baku

Komitə sədri: “Qadınların dövlət tərəfindən müdafiə olunması ilə bağlı təkliflər hazırlanıb”

Komitə sədri: “Qadınların dövlət tərəfindən müdafiə olunması ilə bağlı  təkliflər hazırlanıb”
# 25 dekabr 2012 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda mövcud olan qanunlarda müəyyən dəyişiklər edilməlidir”. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qadınların hansı formada dövlət tərəfindən müdafiə olunması ilə bağlı komitə tərəfindən təkliflər hazırlanır. H.Hüseynovanın sözlərinə görə, təcrübə göstərir ki, bir çox qanunlara əsasən boşanma zamanı mülki məsələlər heç zaman qadının xeyrinə olmur: “Qanunla baxsaq, hər şey düzdür, amma qadına heç bir pay düşmür. Buna görə də qanunlarda müəyyən dəyişiklər edilməlidir. Boşanmalarla bağlı da komitəyə bir çox müraciətlər daxil olur. Ailə qurmaq üçün müqavilə məsələsi son zamanlar daha çox müzakirə edilir. Təhsilsiz və erkən yaşda ailə quran qadınların müəyyən müddətdən sonra həyatında problemlər olur. Bu problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həll edilir. Amma bütün problemlərin həlli dövlət səviyyəsində və qanun çərçivəsində olmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR