Bank Of Baku

Komitə sədri: Uşaqlar dərs vaxtı internet klublarda otururlar

Komitə sədri: Uşaqlar dərs vaxtı internet klublarda otururlar
# 27 noyabr 2012 09:12 (UTC +04:00)

 

Bakı. Məlahət Nəcəfova – APA. “İnternetlə bağlı müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda  qanunlar və proqramlar hazırlanır. Bu məsələ dövrümüzdə böyük problemə çevrilib. Adətən valideynlər uşaqlarının internetdən istifadəsini nəzarətdən qaçırırlar”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, uşaq hüquqları baxımından onların internetdən istifadəsi çox vacibdir: “Lakin internetin müxtəlif mənfi təsirləri var. Komitə tərəfindən Azərbaycanın müxtəlif şəhər və rayonlarında monitorinqlər aparılıb. Monitorinqlər zamanı aşkarlanıb ki, uşaqlar dərs vaxtı internet klublarda otururlar. Ümumiyyətlə, orta məktəblərin yanında internet klublar niyə açılır? Bütün bunlar kompleks şəkildə həll olunmalı məsələlərdir. Bu problemə dövlət səviyyəsində nəzarət həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR