Bank Of Baku

Kubanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - FOTO

Kubanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 18 noyabr 2013 08:40 (UTC +04:00)

Bakı-APA. Kuba Respublikasının Azərbaycandakı səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft Məktəbində olub.

 

Məktəbdən APA-ya verilən məlumata görə, qonağı qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Kuba ilə Azərbaycan arasında hər zaman isti münasibətlər olub və bu gün də isti və dost münasibətlər yüksək səviyyədə davam etməkdədir. Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında  qonağa ətraflı məlumat verən E.Qasımov qeyd edib ki, Bakı  Ali Neft Məktəbinin yaranmasında  əsas məqsəd  günü-gündən inkişaf  edən Azərbaycan üçün yüksəkixtisaslı kadrların hazırlanması olub. 

 

Daha  sonra  rektor  ali məktəbin beynəlxalq əlaqələrinin  genişləndirilməsinin vacibliyini  qeyd edərək bildirib ki, beynəlxalq təhsil sisteminin tələblərinə  uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də  dünya dövlətlərinin aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Qısa müddət ərzində bu istiqamətdə görülmüş işlər haqqında məlumat verən  Elmar Qasımov  qeyd edib ki, Kuba Respublikasının elm və təhsil mərkəzləri ilə əməkdaşlıq əlaqələrinin  qurulması xüsusi maraq kəsb edir.

 

Səfiri Ömər Senon Medina Kintero Bakı Ali Neft  Məktəbinə gəlişindən məmnunluq hissi  keçirdiyini  bildirib. Səfir qeyd edib ki, Azərbaycanda yüzlərlə Kubalı tələbələr təhsil alıblar və bu gün də alanlar var: “Baxmayaraq ki, Kubada  neft-qaz sənayesi o qədər də inkişaf etməyib, lakin buna baxmayaraq, təhsil alan tələbələrin əksər hissəsi demək olar  bu ixtisaslar üzrə təhsil alıblar və onların bir çoxu bu gün Kubada yüksək vəzifələrdə fəaliyyət göstərirlər”.

 

Səfir qeyd edib ki, Kuba hökuməti təhsil sahəsində Azərbaycanla əlaqələrin qurulmasında  maraqlıdır .

 

Azərbaycanda səfir kimi fəaliyyətə başladığı zamandan etibarən Azərbaycan və Kuba arasında  bir çox təhsil layihələrinin həyata keçirilməsi istiqamətində   işlər gördüyünü  söyləyən Ömər Senon Medina Kintero iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

 

Verilən təklifləri yüksək qiymətləndirən E. Qasımov  yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR