Bank Of Baku

Kürdə suyun səviyyəsi azalıb

Kürdə suyun səviyyəsi azalıb
# 07 dekabr 2012 09:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-190, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında 30-90, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

 

Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 115 m3/s, ongünlük normanın 73 faizini təşkil edir. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir.

 

Dekabrın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra, Şirvan, Bankə məntəqələrində 1 sm, Salyanda 4 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 sm artım müşahidə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR