Bank Of Baku

Lerikin ucqar kəndlərinə yeni yol çəkilir - FOTOSESSİYA

Lerikin ucqar kəndlərinə yeni yol çəkilir - <span style="color: red;">FOTOSESSİYA
# 24 aprel 2014 07:11 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Ucqar dağ rayonu olan Lerikdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. APA-nın cənub bürosunun məlumatına görə, ölkə başçısının müvafiq sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait hesabına uzun illər bərbad vəziyyətdə olan, 30 min əhalinin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 36 kilometr olan Noda-Şingədulan-Xanagah avtomobil yolu əsaslı təmir edilir.

Bölgənin iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən və strateji əhəmiyyətə malik olan bu yol istismara verildikdən sonra Masallı-Yardımlı avtomobil yoluna çıxış xeyli asanlaşacaq.

Layihəyə uyğun olaraq yolun torpaq yatağı 10 metr, eni 6 metr iki zolaqlı asfalt-beton qarışığından tikiləcək. Yol boyunca  hər biri iki aşırımlı 3 ədəd körpü keçidi əsaslı təmir ediləcək, 80 ədəd su ötürücü boru quraşdırılacaq.

Hazırda torpaq yatağının tikintisi başa çatmaq üzrədir, yola çınqıl materialı daşınır. Torpaq yatağının tikintisi ilə bərabər, su ötürücü qurğular quraşdırılır. Tikinti işlərində Avropanın qabaqcıl şirkətlərinin 70-dən çox maşın və mexanizmlərdən istifadə olunur.

Noda-Şingədulan-Xanagah avtomobil yolunun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR