Bank Of Baku

Leyla Əliyeva Nəsimi, Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinləri ilə görüşüb - FOTOSESSİYA

Leyla Əliyeva Nəsimi, Xətai və Suraxanı rayonlarındakı uşaq evlərinin sakinləri ilə görüşüb - <span style="color: red;">FOTOSESSİYA
# 28 dekabr 2012 07:35 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı ərəfəsində - dekabrın 27-də Bakının Nəsimi rayonundakı 1 nömrəli uşaq evində olub. APA-nın məlumatına görə, L. Əliyevaya məlumat verilib ki, burada atılmış və imtina edilmiş 4 yaşadək uşaqlar yaşayır.

 

L. Əliyeva uşaqların yataq otaqlarına baxıb. Körpələrin sağlamlığı ilə maraqlanan L. Əliyevanın diqqətinə çatdırılıb ki, burada uşaqların yaşayışı üçün yaxşı şərait yaradılıb.

 

Hazırda 42 azyaşlının böyüdüyü bu evdən ayrılan uşaqların əksəriyyəti övladlığa verilir.

 

L. Əliyeva uşaqların bayram şənliyinə qatılıb, onlara hədiyyələr təqdim edib.

 

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Xətai rayonundakı 3 nömrəli uşaq evində də olub. Bildirilib ki, 85 uşağın yaşadığı müəssisəyə hər cür diqqət və qayğı göstərilir. Fondun təşəbbüsü ilə uşaq evi üçün Buzovna qəsəbəsində yay-sağlamlıq istirahət düşərgəsi tikilərək istifadəyə verilib.

 

Sonra L. Əliyeva uşaqların hazırladığı yeni il proqramına tamaşa edib. Bayram əhval-ruhiyyəsində olan balacalar yolka ətrafında dövrə vuraraq bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim ediblər.

 

Heydər Əliyev Fondunun bayram hədiyyələri isə uşaqların sevincini daha da artırıb.

 

L. Əliyeva uşaqların vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, burada uşaqların yaşayışı, asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait var.

 

Daha sonra L. Əliyeva Suraxanı rayonundakı 2 nömrəli uşaq evində Yeni il münasibətilə təşkil edilən bayram tədbirində iştirak edib.

 

Uşaq evində 3 yaşdan 18 yaşadək 131 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 78 pedaqoji və texniki işçi məşğul olur.

 

L. Əliyeva Yeni il bayramı münasibətilə uşaqlara bayram hədiyyələri verib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR