416 bakalavr daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib
Bakı. Gülnar Bəşirova - APA. Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə daxil olan bakalavrların qeydiyyatı bu gün saat 17:00-da başa çatıb. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O bildirib ki, magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar 643 nəfər bakalavrın 416-sı sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.
Qeyd edək ki, magistraturanın boş qalan plan yerlərinə qəbul olmaq üçün 1539 bakalavr müraciət edib. Qeydiyyat avqustun 19-dan 28-dək aparılıb.