Bank Of Baku

Masallının daha iki yaşayış məntəqəsinə təbii qaz verilib

Masallının daha iki yaşayış məntəqəsinə təbii qaz verilib
# 12 dekabr 2012 07:46 (UTC +04:00)

Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Lürən və Pircanə kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın Cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə rayonun icra strukturlarının və müvafiq qurumların rəhbərləri, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, yerli sakinlər iştirak ediblər. Bildirilib ki, ümumilikdə 310 abonenti olan hər iki yaşayış məntəqəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 3547 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 310 ədəd sayğac və fərdi tənzimləyicilər  quraşdırılıb.

 

Təbii qazın verilməsinə görə yerli sakinlər rayon rəhbərliyinə və “Azəriqaz”ın kollektivinə minnətdarlıq ediblər.

 

Masallı Rayon Qaz İstismar Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda rayon üzrə təbii qazdan istifadə edən abonentlərin sayı 23 min 465-i ötüb. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na (2009-2013-cü illər) müvafiq olaraq Masallı rayonunda qazlaşdırma işləri gələn il tam başa çatdırılmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR