Bank Of Baku

Məleykə Abbaszadə: “Nəzərdə tutmuşuq ki, şagirdlər gələn ildən etibarən 3 fəndən buraxılış imtahanı versinlər”

Məleykə Abbaszadə: “Nəzərdə tutmuşuq ki, şagirdlər gələn ildən etibarən 3 fəndən buraxılış imtahanı versinlər”
# 21 may 2013 11:11 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında fənlərin sayının artırılması və ya azaldılması barədə səslənən təkliflərə münasibət bildirərkən deyib.

 

Komissiya sədri bildirib ki, bu ildən etibarən TQDK tərəfindən orta məktəb şagirdləri arasında monitorinq imtahanları keçirilib, gələn il də bu proses davam edəcək: “Hazırda bu istiqamətdə müvafiq araşdırma aparılır. Buraxılış imtahanlarında fənlərin sayı artırılarsa, o fənlərin sayı qəbul imtahanında azaldıla bilər. Düşünürük ki, məsələn, şagird buraxılış imtahanında Ana dili və ya Riyaziyyat fənnindən imtahan verirsə, onun nəticələri qəbul imtahanında nəzərə alınsın. Yəni, qəbul imtahanında abituriyentlər 5 fəndən imtahan verməsin. Nəticədə buraxılış və qəbul imtahanları arasında fərq azalsın. Bu istiqamətdə hələlik araşdırma aparılır. Təhsil eksperti olaraq bu mənim sadəcə, elmi mülahizələrimdir”.

 

M. Abbaszadə onu da bildirib ki, qeyd etdiyi məsələlər həyata keçsə, qəbul imtahanları gələcəkdə yalnız əvvəlki illərin məzunları və müsabiqə vəziyyəti yüksək olan bəzi ixtisaslar üzrə keçirilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR