Bank Of Baku

Mərakeş çəyirtkələri Biləsuvar rayonunun da ərazisinə yayılıb

Mərakeş çəyirtkələri Biləsuvar rayonunun da ərazisinə yayılıb
# 23 aprel 2014 11:02 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev - APA. Havaların istiləşməsi ilə kənd təsərrüfatı üçün son dərəcə təhlükəli olan Mərakeş çəyirtkələri Biləsuvar rayonun da əkin və otlaq sahələrində müşahidə olunmağa başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, hazırda Küdrü düzünün Biləsüvar rayonundakı  ərazisi Mərakeş  çəyirtkələrinin yayıldığı ən təhlükəli yerlərdən hesab olunur.

 

Mövcud problemlə bağlı artıq respublika Kənd Təsərrüfatı  Nazirliyi ərazidə mübarizə tədbirlərinə başlayıb. Bu məqsədlə Mərkəzi Aran rayonlarında 4 qərargah yaradılıb.  Kömək üçün əraziyə Qərb rayonlarından da  əlavə kənd təsərrüfatı texnikaları cəlb olunub.

 

Qeyd edək ki, ziyanverici həşəratlara qarşı mübarizə tədbirləri Biləsuvarla yanaşı, Mərkəzi Aran bölgəsinin Saatlı ,Sabirabad, İmişli, Hacıqabul və Salyan rayonlarında da davam etdirilir. Qısa müddətdə 200 min hektar ərazidə  Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR