Bank Of Baku

Mikayıl Cabbarov: “Apardığımız islahatların ictimailəşdirilməsini, siyasiləşdirilməsini və mediada qabardılmasını istəmirəm”

Mikayıl Cabbarov: “Apardığımız islahatların ictimailəşdirilməsini, siyasiləşdirilməsini və mediada qabardılmasını istəmirəm”
# 31 may 2013 09:32 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov nazirlikdə aparılan struktur dəyişikliklərinə və kadr islahatlarına münasibət bildirərkən deyib. O bildirib ki, yeni struktur dəyişiklikləri çərçivəsində yeni təyinatlar baş verir.

 

Nazir bu məsələlərin ictimailəşdirilməsi və ya siyasiləşdirilməsinin tərəfdarı olmadığını söyləyib: “Çünki bizim hamımızın məqsədi eynidir. Məqsəd ondan ibarətdir ki, Azərbaycan təhsilinin keyfiyyəti yüksəlsin. Bunun üçün lazım olan siyasi iradə mövcuddur. Bacardığımız hər bir işi həyata keçirəcəyik”.

 

M. Cabbarov Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri və kadr islahatlarının media orqanları tərəfindən çox qabardılmasını istəmədiyini də vurğulayıb: “Ümumiyyətlə, mən media nümayəndələrindən xahiş etmək istəyirəm ki, bu məsələlərin lazım olan səviyyədən artıq qabardılması o qədər də məqsədə müvafiq deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR