Bunu APA-ya açıqlamasında Milli Arxiv İdarəsinin direktoru Ataxan Paşayev bildirib.
Onun sözlərinə görə, hazırda Milli Arxiv İdarəsində XIX əsrin əvvəllərindən indiyədək Azərbaycan tarixinə dair 4 milyondan çox iş var. Onların 90 faizi rus dilindədir: “Vaxtilə Azərbaycan arxivlərində işləməyə Azərbaycan dilini bilən adamlar tapa bilmirdik. İndi isə rus dilini bilən tədqiqatçılar azdır. Tədqiqatçıların arxivlərdə işləmə səviyyəsi qaneedici deyil. Onların əksəriyyəti yalnız dissertasiya yazmaq üçün arxivlərdən istifadə edirlər. Erməniləri ifşa etməyi özünə həyat yolu seçən çox az tədqiqatçı var”.