Bank Of Baku

Milli Məclisin 12 deputatı BDU-da müəllim kimi çalışır

Milli Məclisin 12 deputatı BDU-da müəllim kimi çalışır
# 09 aprel 2013 10:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Ötən il ərzində həm Azərbaycan Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvləri, həm də millət vəkilləri Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib”.

 

APA-nın xəbərinə görə, bunu BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Akif Kazımzadə universitetdə keçirilən hesabat iclasında bildirib. Qeyd olunub ki, bu gün Milli Məclisin 12 deputatı universitetdə müəllim kimi çalışır. BDU-nun professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru Abel Məhərrəmovun əmri ilə universitet daxili “50+50” qrant proqramı təsis edilib. Bununla 25 professor-müəllim heyətinə, 20 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbə 2012-2013-cü illər ərzində 4-cü müsabiqənin qalibi elan edilib və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir.

 

Bildirilib ki, universitet beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 34 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.

 

A.Kazımzadə qeyd edib ki, universitetdə inkişafla yanaşı hələ də müəyyən problemlər var. Onun sözlərinə görə, problemlər siyahısına dövlət sifarişi əsasında elmi tədqiqatların zəif olması, perspektivli məzunların sonradan layiqli işlə təmin olunmaması və onların digər sahələrə getməməsi, özəl sektorda elmi tədqiqatların aparılmaması, dəfələrlə müzakirə olunsa da magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi kimi məsələlər daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR