Bank Of Baku

Milli təhlükəsizlik orqanlarının veteranları və kursantlar məktəblilərlə görüşüblər

Milli təhlükəsizlik orqanlarının veteranları və kursantlar məktəblilərlə görüşüblər
# 13 mart 2013 12:24 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində Bakının Xəzər rayonundakı A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika internat tipli gimnaziyada tədbir keçirilib. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin Heydər Əliyev adına Akademiyasının kursantları, veteranları, Xəzər rayon idarəsinin əməkdaşları, gimnaziyanın pedaqoji və şagird kollektivi, eləcə də Mərdəkan qəsəbəsində yerləşən bir neçə məktəbin təhsildə müvəffəqiyyətlər əldə etmiş şagirdləri iştirak ediblər. Qeyd olunub ki, qəsəbədə yerləşən gimnaziya və digər məktəblər Heydər Əliyev Fondu tərəfindən ən yüksək tələblərə cavab verən səviyyədə təmir olunub, bu təhsil ocaqlarının maddi-texniki bazası daha da gücləndirilib.

Görüş iştirakçıları əvvəlcə gimnaziyanın foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqət və qayğısını əks etdirən fotostendlərlə tanış olublar.

Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə gimnaziyanın direktoru Murad Əlizadə açıb. M.Əlizadə müəllimlər və şagirdlər adından Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyətini qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib.

 

Xəzər rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov yeniyetmə və gənclərlə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, təhlükəsizliyini qoruya bilməyən dövlət müstəqil ola bilməz. Milli Təhlükəsizlik Nazirliyi çox mühüm funksiyaları həyata keçirir.

Təhlükəsizlik orqanlarının veteranları Arif Zeynalov, Faiq Abasov və Gülağa Rəhimov milli təhlükəsizlik orqanlarının yarandığı gündən indiyədək keçdiyi çətin və şərəfli tarixi yol barədə məlumat veriblər.

 

MTN-in Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərov tədbir üçün yaradılan şəraitə görə gimnaziyanın kollektivinə təşəkkür edib və bildirib ki, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli təhlükəsizlik orqanları xalqın maraqları və təhlükəsizliyinin etibarlı qorunması üçün bundan sonra da layiqincə xidmət edəcək. Milli Təhlükəsizlik Nazirliyinin son vaxtlar əldə etdiyi nailiyyətlər də dövlət başçısının milli təhlükəsizlik orqanlarına göstərdiyi etimadın bariz təzahürüdür.

Sonra məktəblilərin ifasında Azərbaycana həsr olunmuş səhnəciklər nümayiş olunub, şeirlər və musiqi kompozisiyaları səsləndirilib. Tədbirin sonunda Azərbaycanın Milli qəhrəmanlarının həyat və döyüş yolunu əks etdirən sənədli film nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR