Bank Of Baku

Misir Mərdanov uşaqların I sinfə müsabiqə yolu ilə qəbuluna dair təkliflərə münasibət bildirib

Misir Mərdanov uşaqların I sinfə müsabiqə yolu ilə qəbuluna dair təkliflərə münasibət bildirib
# 26 dekabr 2012 13:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunun uşaqların orta məktəblərin I sinfinə müsabiqə yolu ilə qəbulu ilə bağlı yeni təkliflərə münasibət bildirib. APA-nın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda adi, lisey və internat məktəbləri var. Nazirin sözlərinə görə, lisey məktəblərinin digər məktəblərdən əsas fərqi odur ki, orada çalışan müəllimlərin əmək haqqı digər məktəblərdə işləyənlərin əmək haqqından 15 faiz yüksəkdir: “Təhsilin keyfiyyəti yüksək ola məktəblərə lisey statusu veririk. O liseylərdə şagirdlər seçmə yolla məktəbə qəbul edilir. Əgər keyfiyyət axtarırıqsa, onda seçimə getməliyik. Ancaq eyni zamanda bizim borcumuzdur ki, Azərbaycanın bütün şagirdlərinin icbari orta təhsil almasına şərait yaradaq”.

 

Qeyd edək ki, Təhsil Problemləri İnstitutunun təkliflərinə görə, lisey-məktəb olub-olmamasından asılı olmayaraq, bu müəssisələr onların ərazisinə çox yaxın yerdə yaşayan, müsabiqədən keçməyən uşaqları da I sinfə qəbul etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR