Bank Of Baku

Moskva Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyən abituriyentlərə imtahana buraxılış vərəqəsinin verilməsinə başlanıb

Moskva Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyən abituriyentlərə imtahana buraxılış vərəqəsinin verilməsinə başlanıb
# 27 may 2013 13:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 29-da 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyənlər üçün test imtahanı verəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, bu gündən etibarən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə sənəd verən abituriyentlərinin test imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanıb. Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. Bu yerlərə qeydiyyat 22, 23, 24 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılıb. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan  abituriyentlər müsahibəyə buraxılacaqlar. Müsahibə isə mayın 31-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün  təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR