Bank Of Baku

Müəllif Hüquqları Agentliyi plagiat ali məktəb dərslikləri ilə bağlı yekun rəyi Təhsil Nazirliyinə təqdim edib

Müəllif Hüquqları Agentliyi plagiat ali məktəb dərslikləri ilə bağlı yekun rəyi Təhsil Nazirliyinə təqdim edib
# 13 fevral 2013 09:26 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri İlqar Hüseynovun plagiat dərslikləri ilə bağlı yekun rəyi Təhsil Nazirliyinə təqdim edib. Bu barədə APA-ya Agentliyin sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, yekun rəydə İ. Hüseynovun “Qədim dünya mədəniyyəti” və “Kulturologiya tarixi” dərslikləri, həmçinin “Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti” adlı kitabın plagiat olması və bununla əlaqədar müvafiq tədbirlər görülməsi əks olunub: “Mənə elə gəlir ki, nazirlik bununla bağlı müəyyən tədbirlər görəcək. Bu məsələ belə qalmayacaq”.

 

Qeyd edək ki, adı çəkilən kitablar hazırda da dərslik kimi istifadə olunur. Təhsil Nazirliyi tərəfindən “Qədim dünya mədəniyyəti” dərsliyinə qrif 29.11.2009-cu ildə, “Kulturologiya tarixi”dərsliyinə qrif isə 17.01.2012-ci ildə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR