Bank Of Baku

Müəllif Hüquqları Agentliyi rəqəmsal hüquqların müdafiəsinə başlayır

Müəllif Hüquqları Agentliyi rəqəmsal hüquqların müdafiəsinə başlayır
# 29 may 2013 08:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Müəllif Hüquqları Agentliyi Azərbaycanda rəqəmsal hüquqların müdafiəsinə başlayır”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib. O deyib ki, bu proses “Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında” qanun çərçivəsində həyata keçiriləcək: “Hazırda Nazirlər Kabinetində qanundan irəli gələn normativ aktların hazırlanması üçün iş aparılır”.

 

K. İmanov  bu normativ aktda yeniliklərin olduğu haqda da məlumat verib: “Yeniliklərin tətbiqi 9 ölkə ilə tvinninq layihəsi çərçivəsində aparılacaq. Buraya rəqəmli hüquqların monitorinqi, onlayın lisenziyalaşma və bu hüquqların vahid pəncərə sistemi ilə idarəsini nəzərdə tutur. Ümumiyyətlə, proses markalanmış unikal kod - smart sistem vasitəsilə idarə olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR