Bank Of Baku

Mülki müdafiə mövzusunda Qəbələdə keçirilən beynəlxalq konfrans işini təqdimatlarla davam etdirir

Mülki müdafiə mövzusunda Qəbələdə keçirilən beynəlxalq konfrans işini təqdimatlarla davam etdirir
# 12 mart 2013 12:33 (UTC +04:00)

APA-nın məlumatına görə, rəsmi açılış mərasimindən sonra konfransda Beynəlxalq Mülki Müdafiə Təşkilatının ekspertləri, habelə tədbirdə iştirak edən ölkələrin fövqəladə halların aradan qaldırılmasına məsul qurumlarının nümayəndələri öz ölkələrində mövcud potensial problemlər və görülən işlər barədə təqdimatlarla çıxış ediblər.

 

Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndələri arasında ikitərəfli görüşlər də baş tutub.

 

Qeyd edək ki, konfrans Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilir. Konfransda 54 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan 155-dən artıq nümayəndə iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR