Bank Of Baku

Naxçıvanda Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

Naxçıvanda Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binası istifadəyə verilib
# 31 iyul 2013 09:43 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni inzibati binası istifadəyə verilib. Bu barədə APA Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

 

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak ediblər.

 

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Şamı Abdullayev bildirib ki, muxtar respublikada FHN və onun struktur qurumları üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, xüsusi təyinatlı nəqliyyat vasitələri, yanğınsöndürmə avtomobilləri, xilasetmə avadanlıqları və digər texniki vasitələr alınıb.

 

V. Talıbov bildirib ki, Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında nazirliyin fəaliyyəti tam təmin olunub, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılıb. Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi 1 qəsəbə və 34 kəndi əhatə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR