APA-nın xəbərinə görə, Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, müəllimlərin işə qəbulu prosesi də qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, Azərbaycanın təhsil sistemində istər müəllimlərin işə qəbul olunması, istərsə də təhsilin digər sahələrində mövcud qanunvericiliyin tətbiqi və buna riayət olunması tələb olunacaq: “Zamanla ölkənin təhsil sisteminin bütün sahələrində qanunvericiliyə tam əməl olunmasına nail olacağıq. Müəllimlərin işə qəbulu barədə isə hər hansı yeniliklər olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinin vakant yerləri barədə məlumatların toplanılması iyunun ikinci yarısında həyata keçiriləcək. Kənd məktəbləri üzrə ən çox Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, kimya, biologiya, fizika və coğrafiya müəllimi ixtisaslarından vakant yerlərin olacağı gözlənilir.