Bank Of Baku

Nazir: “Qış imtahanları ilə əlaqədar pul yığılması hallarının olmasına dair Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb”

Nazir: “Qış imtahanları ilə əlaqədar pul yığılması hallarının olmasına dair Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb”
# 26 dekabr 2012 11:12 (UTC +04:00)

 

Bakı. Kəmalə Quliyeva – APA. “Ali məktəblərdə qış imtahan sessiyası ilə əlaqədar pul yığılması hallarının olmasına dair Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir tələbələri də bu prosesdə aktiv olmağa çağırıb: “Təhsil Nazirliyi hər il olduğu kimi, ali məktəblərdə monitorinqlər keçirir. Pozuntularla əlaqədar hər hansı fakt varsa, tələbələr nazirliyin “qaynar xətti”nə və şəxsən mənə müraciət etsinlər. Bununla əlaqədar tədbir görüləcək”.

 

M. Mərdanov bildirib ki, ilbəil ali məktəblərdə imtahan sessiyaları zamanı təkmilləşdirmələr aparılır, daha çox elektron vasitələrdən istifadə edilir: “İmtahanlarda insan amili getdikcə azalır. Bu da şəffaflığın artmasının göstəricisidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR