Bank Of Baku

Nazir Azərbaycanda dərs ilinin uzadılmasının səbəblərini açıqlayıb - VİDEO

Nazir Azərbaycanda dərs ilinin uzadılmasının səbəblərini açıqlayıb - <span style="color: red;">VİDEO
# 06 may 2014 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda dərs ilinin uzadılmasının səbəbləri açıqlanıb.

 

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov dərs ilinin uzadılmasının iki əsas səbəbdən qaynaqlandığını bildirib: “Birincisi, müqayisəli təhsil onu göstərir ki, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. 8 həftə çox uzun müddətdir. Biz bu mərhələdə dərs ilinin 8 həftə uzadılmasını nəzərdə tutmuruq. Amma dərs ilinin bu qədər qısa olması şagirdin nailiyyətinə, habelə təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

 

Nazirin sözlərinə görə, digər səbəb odur ki, dərs ili qısa olduqda eyni fənn və ya akademik proqramların tədrisinin bir günə və ya bir akademik həftəyə salınması şagirdlərin yüklənməsinə gətirib çıxarır. Bizim verəcəyimiz qərar tədris yükünün optimallaşdırılmasına müsbət təsir göstərəcək”.

 

Təhsil naziri məktəblərdə ilahiyyat dərslərinin ayrıca fənn kimi keçirilməsinə də münasibət bildirib. O qeyd edib ki, bu, gündəmdə deyil, ümumiyyətlə bu məsələyə baxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR