Bank Of Baku

Nazir Fizuli Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edəcək

Nazir Fizuli Ələkbərov Hacıqabulda vətəndaşları qəbul edəcək
# 04 sentyabr 2013 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov sentyabrın 6-da Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbul zamanı bölgədə yerləşən rayonların (Hacıqabul, Şirvan, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan, Beyləqan) sakinlərinin “Açıq qapı” şəraitində müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq. Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən “Özündəstək” proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR