Bakı. Könül Kamilqızı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yerlərdəki müvafiq şöbələrin rəhbərlərinə və sosial müdafiə mərkəzləri rəhbərlərinə xəbərdarlıq edib.
APA-nın xəbərinə görə, nazir Fizuli Ələkbərov vətəndaşların nazirliyin rəsmi “Facebook” səhifəsinə ünvanladığı sualları cavablandırarkən onlara əlavə işlərə yol verməməyə çağırıb: “Rayonlardan həddindən artıq şikayətlər daxil olur. Nazirliyə mütəmadi olaraq məktublar daxil olur ki, yerlərdə problemlər vaxtında həll edilmir, süründürməçilik hallarına yol verilir. Bəzən sosial cəhətdən həssas insanlarla münasibətlərdə yol verilən kiçik bir diqqətsizlik belə həmin vətəndaşların narazılığına və müxtəlif instansiyalara şikayət ərizə yazmalarına səbəb olur. Əgər hansısa vətəndaşın müraciəti həll edilmirsə, onlara vaxtında yox deyilsin. Sizlərə axırıncı dəfə xəbərdarlıq edirəm”.