Bank Of Baku

Nazir Fizuli Ələkbərov vətəndaş qəbulu keçirib - FOTO

Nazir Fizuli Ələkbərov vətəndaş qəbulu keçirib - <span style="color: red;">FOTO
# 06 aprel 2013 11:14 (UTC +04:00)

Bakı – APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov nazirliyin videokonfrans zalında Bakı, Gəncə, Mingəçevir, şəhərlərindən, Abşeron, Zərdab, Astara rayonlarından olan bir qrup vətəndaşı qəbul edib, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu rayonlarından olan vətəndaşların müraciətləri videokonfrans sistemi vasitəsilə canlı bağlantı qurulmaqla distant formada dinlənilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və s. ilə bağlı müvafiq qanunvericilik barədə məlumatlılıq səviyyəsinin hələ də aşağı olduğu məlum olub. Həmin vətəndaşlarla müvafiq izahat işləri aparılıb. Bununla belə, bir sıra müraciətlərdə haqlı narazılıqların ifadə edildiyi və bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən bəzən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq, diqqətsiz yanaşma hallarına yol verilməsi ilə bağlı olduğu müəyyən edilib. Həmin müraciətlərdə qaldırılan məsələlərin həlli barədə tapşırıq verilib.

 

Nazir Fizuli Ələkbərov vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılması, bu müraciətlərin onların özlərinin iştirakı ilə obyektiv və ədalətli araşdırılması, fəaliyyətində nöqsanlara, vətəndaşlarla münasibətlərdə dövlət qulluqçusuna yaraşmayan hallara yol verən əməkdaşlarla əlaqədar qanunauyğun tədbirlərin görülməsi sahəsində tədbirlərin davam etdirilməsi barədə tapşırıqlar verib.

 

Vətəndaşların qəbulu prosesində bir sıra aztəminatlı ailələrə aktiv sosial müdafiə tədbirləri vasitəsilə kömək göstərilməsi, ayrı-ayrı ailələrin potensial imkanları nəzərə alınmaqla onların gələcəkdə birdəfəlik ünvanlı yardım - Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR