Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov sentyabrın 11-i, saat 10:00-da Qəbələ şəhərində Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.