Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Nazirlər Kabineti “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların təsnifatı”nın təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar “Müalicə işi”, “Hərbi həkim işi”, “Tibbi profilaktika” və “Stomatologiya” müəyyən olunub.
"Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" NK-nın 2009-cu il 12 yanvar tarixli qərarında edilən dəyişikliyə görə isə, qərarın "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsindən "050801 Müalicə işi*", "050803 Hərbi həkim işi*", "050804 Tibbi profilaktika*", "050805 Stomatologiya*" sözləri və cədvəlin sonundan "*Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır" sözləri çıxarılıb.