Bank Of Baku

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası fəaliyyətə başlayandan 3 lüğəti yenidən işlənilmək üçün geri qaytarıb

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası fəaliyyətə başlayandan 3 lüğəti yenidən işlənilmək üçün geri qaytarıb
# 22 aprel 2013 10:39 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası fəaliyyətə başlayandan 3 lüğəti yenidən işlənilmək üçün geri qaytarıb. Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, həmin lüğətlərdə lüğətçilik prinsipləri düzgün müəyyənləşməyib, sözlərin izahında və tərcümələrin düzgün verilməsində qüsurlara yol verilib, elm sahələri qarışdırılıb və beləliklə də lüğətlərin həcmi süni olaraq artırılıb. S. Sadıqova ötən il AMEA yanında Terminologiya Komissiyasının qərarı ilə Təhsil Nazirliyi tərəfindən təqdim olunan “Təhsil terminləri lüğəti”nin nəşrindən tamamilə imtina olunduğunu da açıqlayıb.

 

Onun sözlərinə görə, Terminologiya Komissiyası tərəfindən bir yeni lüğətin nəşrinə icazə verilib. Bu, Azərbaycan-ingilis-türk-rus dillərində olan 35 min işarəlik “Neft terminləri lüğəti”dir. Hazırda Komissiyanın müzakirəsində daha 2 lüğət var. Komissiya fəaliyyətə başlayandan indiyədək 5 lüğətin nəşrinə icazə verib.

 

Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan lüğət və ensiklopediyalar nəşr oluna bilməz. Bu nəşrlər Komissiyanın tərkibində yaradılan bölmələrin qərarı ilə çap oluna bilər. Ölkədə çap olunan bütün lüğət və ensiklopediyalar Terminologiya Komissiyasının xüsusi möhür və blankı ilə nəşr olunmalıdır. Bununla bağlı ölkədəki bütün ali məktəblərin, elmi tədqiqat institutlarının rəhbərlərinə və AMEA-nın institut direktorlarına xəbərdaredici məktublar göndərilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR